İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla verdiyi xəbərə görə, İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur.
Bu münasibətlə mövlud günləri hər il həftə ərzində qeyd olunur və mövlud həftəsi adlandırılır. “Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri, mərasimlər keçirilir. Belə tədbirlərdən biri də Hindistanın müxətlif bölgələrində keçirilib.